Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi yarandığı ilk gündən dövlət qayğısı ilə əhatə olunmuşdur. Məhz buna görədə Azərbaycanda Paralimpiya Hərəkatının yaranma tarixi umummilli lider cənab Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsaddüf edir. 1996 – cı ilin fevral günü ölkəmizin idman salnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub və o tarixdən bugünə kimi Milli Paralimpiya Komitəsi uğurla fəaliyyət göstərir.
Milli Paralimpiya Komitəsi daim Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin dəstəyi ilə müxtəlif Avropa, Dünya və beynəlxalq yarışlarda dəfələrlə ən yüksək kürsüyə qalxmışlar.
Ümummilli liderimiz cənab Heydər Əliyev ilk dəfə X Yay Paralimpiya Oyunları kimi mötəbər beynəlxalq tədbirə yola düşən Milli Paralimpiyaçılarla görüşmüş və komandamıza uğurlar arzulamışdır.
2000 – ci il XI Yay Paralimpiya Oyunları ərəfəsində artıq xoş adət ənənə halını almış ümummilli lider cənab Heydər Əliyevin idmançılarımızın təlim – məşq bazasında Paralimpiya oyunlarına yollanma mərasimində iştirak etməsi və MOK – un Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, onları yarışqabağı ruhlandırmaya bilməzdi. Həmin ərəfədə ümummilli lider cənab Heydər Əliyev paralimpiyaçı idmançlar üçün yeni dünya standartlarına uyğun təlim – məşq bazasının tikilməsinə sərəncam vermişdir. 2000 – ci il XI Yay Paralimpiya oyunları Azərbaycan İdmançıları üçün uğurla başa çatdıqdan sonra cənab Heydər Əliyevin idmançılarımızı qəbul edib Paralimpiya Oyunlarında fərqlənmiş idmançı və onların məşqçilərinə müxtəlif mükafatları şəxsən təqdim etməsi Azərbaycan Paralimpiya Hərəkatına əlavə stimul vermişdi.
2004 – cü il XII Yay Paralimpiya Oyunları ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsindən imtina etməməsi tam əksinə olaraq Azərbaycan İdmanın İnkişafına dair verdiyi sərəncamlar və yeni Olimpiya bazaları, meydanlar və idman qurğularının tikintisi, Paralimpiyaçı idmançılara göstərilən qayğı öz bəhrəsini XII Yay Paralimpiya Oyunlarında komandamızın uğurlu çıxışı ilə bir daha təsdiq olundu. Afina Paralimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan Paralimpiyaçıları sevimli Prezidentimiz tərəfindən yüksək səviyyədə qayğı ilə əhatə olundu və əsası ümummilli lider cənab Heydər Əliyev tərəfindən qoyulmuş və Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam edən Paralimpiya Kompleksinin tikintisinin sürətləndirilməsi kütləvi idman inkişafının, Azərbaycan idmanında olan dirçəlişin, əlil idmançılara olan dövlət qayğısının hər gün dahada artması deməkdir. XII Yay Paralimpiya Oyunlarında fərqlənmiş Paralimpiyaçılar və onların məşqçilərinə verilən mükafat və qiymətli həddiyələrin əlill idmanına daimi dövlət qayğısının təzahürüdür.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi yarandığı gündən Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin, müxtəlif Federasiya və İdman cəmiyətləri ilə bərabər Azərbaycanda əlil idmanının inkişafı yolunda öz işini uğurla davam etdirir və qarşıda duran əsas məqsəd 2008 – ci il Pekində keçiriləcək XIII Yay Paralimpiya Oyunlarında Respublikamızı uğurla təmsil etməkdir.